Oğuz rayonunda "Milli Qurtuluş günü" nə həsr olunmuş tədbir keçirildi
Öncə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğunda canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Cavid Əbdul-Qədirov və aparatınin, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, YAP Oğuz rayon Təşkilatının sədrinin, Yeni Azərbaycan Partiyasının veteran üzvlərinin iştirakı ilə keçən tədbirdə çıxış edənlər bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Bu önəmli günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə əhəmiyyətli təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixi, özünün əsl xilaskarına qovuşduğu gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir. Məhz bu gün olum və ya ölüm dilemması qarşısında qalmaq kimi çətin sınaqla üzləşmiş xalqımız və dövlətimiz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və parlaq zəkası sayəsində mövcudluğunu qoruyub saxlaya bildi, müasir, sivil, demokratik dövlət quruculuğu yollarında inamla addımlamağa başladı.
2020-ci il 44 günlük vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza fəxarət duyğuları yaşadan, onu çətin sınaqlardan üzü ağ çıxaran Qalib Sərkərdə - Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata vəsiyyətini layiqincə və şərəflə yerinə yetirərək bir xalqdan qalib ordu yaradan lider kimi əbədi tarixə düşmüşdür. Bu gün cənab prezidentimizin yüksək intellekti, səyi sayəsində Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin ruhu şaddır.







