Oğuz rayonunda “Konstitusiya və suverenlik ili” çərviçivəsində “Tariximiz yaddaşımız” mövzusunda seminar keçirilmişdir.
21 avqust 2024-cü il tarixində “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi tərəfindən Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği, Qərbi Azərbaycanda ata-babalarımızın yaratdıqları tarixi abidələr, zəngin ədəbi-mədəni mühit, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edən təhsil ocaqlarının öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə maarifləndirici seminar keçirilib
Tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi.
Çıxış edən digər iştirakçılar regionlarda keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, insanların tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyəti haqqında danışdılar







