Oğuz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir
28 aprel 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov , Oğuz Rayon Prokuroru Emil Kərimov, “Yeni Azərbaycan Partiyası” Oğuz RayonTəşkilatının sədri Saleh Məhərrəmov iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirdi ki, “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü təsadüf etdirməklə yanaşı, Ali Qanunumuzun qüdrətini, ölkəmizin tarixi nailiyyətlərini, suverenliyimizin bərpasını və müstəqil Azərbaycanın inkişafını bir daha nümayiş etdirir.”
Digər çıxış edənlər də “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətinin təbliği və Konstitusiyamızla təsbit edilmiş hüquq və azadlıqlarımızın həyata keçirilməsində və cəmiyyətimizdə sosial ədalətin bərqərar olmasında əsas əngəllərdən biri olan korrupsiyaya qarşı mübarizənin aparılmasının vacibliyini qeyd etdilər.