Oğuz rayonunda “Konstitusiya ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
“Konstitusiya ili” çərçivəsində və 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Oğuz rayonunda növbəti ağacəkmə aksiyası təşkil olunub.
Aksiya Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Oğuz Rayon Statistika İdarəsinin, Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin, eləcə də “Aztelekom” MMC-nin Şimal-Qərb Regional Filialının Oğuz şöbəsinin birgə iştirakı ilə keçirilib.
Tədbir çərçivəsində rayonun Sincan və Padar kəndlərində müxtəlif növ ağaclar əkilmiş, yaşıllıqların artırılması və ekoloji tarazlığın qorunması istiqamətində mühüm addımlar atılıb.
Bu cür tədbirlər həm ətraf mühitin mühafizəsinə, həm də gənc nəsildə vətənpərvərlik və dövlətə sədaqət ruhunun daha da möhkəmləndirilməsinə xidmət edir.







