Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirilib

03 iyun 2025 | 18:08

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. 03 iyun 2025 tarixində Dövlət İmtahan Mərkəzinin təşkilatçılğı ilə “Vaxtın idarə edilməsi və effektiv planlama”, Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydaları” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlərə başlanılıb.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Keçidlər