Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

09 noyabr 2025 | 12:39

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Oğuz rayonunun Bayraq meydanında geniş tədbir təşkil olunub.

Əvvəlcə bayraq yürüşü keçirilib. Yürüşdə məktəblilər, gənclər, idarə və müəssisələrin kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əllərində üçrəngli bayraq tutan iştirakçılar şəhərin mərkəzi küçələrindən keçərək Bayraq meydanına toplaşıblar.

Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, məktəblilər, idarə və müəssisə kollektivləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova bildirib ki, Dövlət Bayrağı Günü xalqımız üçün əlamətdar və müqəddəs bayramlardan biridir. Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, milli birliyinin və azadlıq mübarizəsinin rəmzidir.

Çıxış zamanı vurğulanıb ki, bu gün Azərbaycan bayrağı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində dalğalanır, beynəlxalq tədbirlərdə və idman yarışlarında qürurla qaldırılır. Bayrağımız xalqımızın keçdiyi keşməkeşli tarixin, şəhid qəhrəmanların xatirəsinin və müstəqil dövlət qurmaq əzminin simvoludur.

Tədbir iştirakçıları ölkəmizin dövlət müstəqilliyinin əbədiliyinə və üçrəngli bayrağımızın daim ucalarda dalğalanacağına əminliklərini ifadə ediblər.

Rəsmi hissədən sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri təqdim olunub.

Sonda Oğuz ictimaiyyəti bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edərək, üçrəngli bayrağımızın daim uca zirvələrdə dalğalanmasını arzulayıblar.

Keçidlər