Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2025 | 12:15

    Oğuz Rayon Mərkəzi Xəstəxanasının akt zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ayaz Ağayev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov və xəstəxana kollektivi iştirak ediblər. 
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

    Sonra akademikin həyat və yaradıcılığına həsr edilmiş videoçarx izlənilib.
Çıxış edənlər Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti, tibb elminə verdiyi dəyərli töhfələrdən bəhs ediblər və bildirilib ki, 29-30 aprel 2025-ci il tarixlərində Oğuz rayonunda Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş ödənişsiz "Göz müayinəsi" aksiyası keçiriləcək.

Keçidlər