Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub

26 sentyabr 2025 | 17:37

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularının ruhuna ehtiram olaraq şəhid ailələri üçün Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhid ailələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

 Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov  ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulamışdır.

Daha sonra Oğuz şəhəri Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin şagirdləri tərəfindən 27 Sentyabr-Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən YAP-nın Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, İctimai Şuranın sədri Günel Abdullayeva, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin əməkdaşı Fərid Hacıyev çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından, ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və Müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunmasından danışdılar.

Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin anası Aqubət İbrahimova, şəhid Rəvan Lətifovun anası Gültəkin Lətifova, şəhid Tural Məmmədovun atası Arif Məmmədov, şəhid Şahin Cəfərlinin anası Güllər Cəfərova, şəhid Cuməzadə Təbrizin atası İldırım Əbdürrəhimov igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Keçidlər