Oğuz rayonunda “23 İyun-Dövlət Qulluqçularının peşə bayramı günü” qeyd edildi
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və digər çıxışçılar dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışlar. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı təsis edildilmişdir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu gün də respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirilir. Artıq tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası isə bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür”.
Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunmuşlar.