Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunda 2026–2027-ci tədris ili üzrə sentyabr konfransı keçirilib

29 avqust 2026 | 11:49

Avqustun 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Oğuz rayonunda 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aliyə Osmanova, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Azərbaycan Respublikasının Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon komitəsinin sədri, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Konfransda Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev tərəfindən 2025–2026-cı tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə hesabat təqdim olunub.
Çıxışlarda Oğuz rayonunda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin daha da artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər əsasında qurulması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Həmçinin 2026–2027-ci tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətlər müəyyənləşdirilib. Təhsil sahəsində əldə olunan müsbət nəticələrin qorunması, mövcud uğurların daha da inkişaf etdirilməsi və yeni nailiyyətlərin əldə olunması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Konfransda Oğuz rayonunun həm buraxılış, həm də qəbul imtahanlarında yüksək nəticələr göstərərək region üzrə qabaqcıl mövqedə olması xüsusi vurğulanıb. Bu uğurların əldə olunmasında müəllimlərin fədakar əməyinin, şagirdlərin məqsədyönlü hazırlığının və təhsil müəssisələrində yaradılmış səmərəli iş mühitinin mühüm rolu qeyd edilib.
Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi, Oğuz rayonunda təhsilin keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və əldə olunan nəticələrin davamlılığının təmin olunması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi bildirilib.

Keçidlər