Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Oğuz Rayonu və Tanınmış İnsanları” kitabının təqdimat mərasimi keçirilib

05 sentyabr 2026 | 10:48

Sentyabrın 4-də “Oğuz Rayonu və Tanınmış İnsanları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid ailələri, digər rayon və şəhərlərdən gəlmiş qonaqlar, rayonun şair və yazarları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində kitabın ərsəyə gəlməsindən, Oğuz rayonunun zəngin tarixi, mədəni irsi və rayonun tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasında bu cür nəşrlərin əhəmiyyətindən bəhs olunub.
Qeyd edilib ki, “Oğuz Rayonu və Tanınmış İnsanları” kitabı rayonun ictimai, mədəni və mənəvi həyatına töhfə vermiş görkəmli şəxsiyyətlərin tanıdılması, onların həyat və fəaliyyətinin geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində iştirakçılar kitab haqqında fikirlərini bölüşərək nəşrin Oğuz rayonunun tarixinin və tanınmış simalarının təbliğində əhəmiyyətli mənbə olduğunu bildiriblər.

Keçidlər