Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon Prokurorluğunda “Qanunsuz torpaq zəbtinin qarşısının alınması” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib

26 noyabr 2026 | 15:36

Oğuz Rayon Prokurorluğunda rayonda fəaliyyət göstərən bələdiyyə sədrlərinin iştirakı ilə “Qanunsuz torpaq zəbtinin qarşısının alınması” mövzusunda hüquqi maarifləndirici iclas keçirilib.

İclasda Oğuz rayon prokuroru, ədliyyə müşaviri Emil Kərimov bələdiyyə sədrlərinə öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, bələdiyyə ərazilərində qanunsuz torpaq zəbt edilməsi halları aşkarlandığı təqdirdə qanunvericiliyə uyğun olaraq vaxtında və zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Görüş zamanı qeyd olunan məsələlərin hüquqi aspektləri ətrafında fikir mübadiləsi aparılıb, bələdiyyə nümayəndələrinin sualları cavablandırılıb.

Bələdiyyə sədrləri səsləndirilən tövsiyə və tapşırıqların fəaliyyətlərində nəzərə alınacağını bildirərək, hüquqi maarifləndirmə tədbirinin təşkilinə görə rayon prokuroruna təşəkkürlərini ifadə ediblər.

Keçidlər