Oğuz Rayon İcra Hakimiyyətinin komandası növbəti uğura imza atıb!
20 noyabr 2026 | 17:39
2025–2026-cı illərdə dövlət qurumlarında çalışan gənc əməkdaşlar arasında Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş III “GİNius” intellektual yarışmasının yarımfinal mərhələsi keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Oğuz Rayon İcra Hakimiyyətini təmsil edən komanda 18 komanda arasında yüksək bilik səviyyəsi, operativ düşünmə qabiliyyəti və güclü komanda ruhu nümayiş etdirərək uğurlu nəticə əldə edib və final mərhələsinə vəsiqə qazanıb.
Bu nailiyyət münasibətilə komandamızı ürəkdən təbrik edir, final mərhələsində onlara inamlı mübarizə, yeni uğurlar və parlaq qələbələr arzulayırıq!







