Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Oğuz Regional Voleybol Klubunun Respublika yeniyetmələr birinciliyində qalib komanda ilə görüşüb
18 iyun 2025 | 18:24
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Yeniyetmələrin respublika birinciliyində çempion olmuş Oğuz Regional Voleybol Klubunun 16 yaşadək oğlanlardan ibarət komandasının üzvləri ilə görüş keçirmişdir.
Görüşdə Cavid Əbdul-Qədirov komanda üzvlərinin hər birini qalib olması münasibəti ilə təbrik edərək, gələcək idman yarışlarında bol-bol uğurlar arzuladı.
Sonda qalib komandanın hər bir üzvünə Oğuz Rayon İcra Hakimiyyəti başçısının “Təşəkkürnamə”ləri təqdim edildi.