Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov Sloveniya Respublikasında işgüzar səfərdə

23 oktyabr 2025 | 13:53

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdül-Qədirov Sloveniya Respublikası Nova Qoritsa şəhərinin merinin rəsmi dəvəti ilə Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər etmişdir.

Cənab Cavid Əbdül-Qədirov və onun həmkarı, Nova Qoritsa şəhərinin meri cənab Samo Turel arasında məhsuldar və çox səmimi görüş olmuşdur. Görüş zamanı qardaşlaşmış şəhərlər Nova Qoritsa və Oğuz şəhərləri arasında əlaqələrin möhkəmləndirilməsi, mədəniyyət, təhsil, turizm və insanlar arasında təmas sahələrinə diqqət yetirməklə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qardaş şəhərlər - coğrafi olaraq bir birindən uzaq olan yaşayış məskənlərinin mədəni və ticarət əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub.
     Azərbaycan şəhərləri, o cümlədən Oğuz şəhəri  və Sloveniya Respublikasının Nova Qoritsa şəhəri qardaşlaşmış şəhər statusunu daşıyır.

Keçidlər