Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, şəhid Tural Məmmədov və Elşən Nurəliyevin valideynləri ilə görüşmüşdür
Rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını qeyd etmişdir.
Şəhid ataları dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.