Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov rayon hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Elbrus Süleymanovun və Zaməddin Kərəmovun ailəsini ziyarət etmişdir.
Görüş zamanı şəhid ailələrinin qayğıları və şəhid anası Ədalət Süleymanovanın səhəti ilə yaxından maraqlanan İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını qeyd etmişdir.
Şəhid valideynləri dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər