Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət etmişdir.
29 dekabr 2024 | 10:44
Cavid Əbdul-Qədirov Xəstəxananın şəraiti ilə yaxından tanış olumuş, orada müalicə alan vətəndaşlara, o cümlədən şəhid atası Talıb Əliyevə də baş çəkmiş, onunla söhbət aparmış, onu və digərlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik etmiş, tezliklə sağalmalarını arzu etdiyini bildirmişdir.
Daha son İcra Hakimiyyətinin başçısı həkim kollektivi ilə görüşərək, onlara da öz bayram təbriklərini bildirmiş, işlərində müvəffəqiyyətlər arzu etmişdir.