Oğuz Rayon İcra Hakimiyyətində “Gənclər Günü” münasibətilə yığıncaq keçirildi
Tədbir İştirakçıları ilk öncə Ümummillli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül-çiçək dəstələri qoymuşlar.
Daha sonra tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov “Gənclər Günü” münasibətilə gəncləri təbrik etmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışmışdır. Cavid Əbdul-Qədirov xüsusilə qeyd etmişdir ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimizin rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Yekunda müxtəlif sahələr üzrə yüksək nəaliyyətlər əldə etmiş gənclərə Oğuz Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri təqdim edildi.