Oğuz rayon İcra hakimiyyətində 20 Yanvar faciəsinin 35-ci ilə dönümünə həsr edilmiş mövzusunda “dəyirmi masa” keçirilmişdir
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov, İcra hakimiyyəti aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Oğuz rayon Təşkilatının sədri, şəhidlərin ailə üzvləri, Oğuz şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etmişlər.
Öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun və erməni hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladılar. Qeyd olundu ki, faciənin səhəri günü, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi gücləndirilib.