Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilmişdir

27 may 2025 | 19:11

    27 may 2025-ci il tarixində saat 11:00-da Oğuz Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri üzrə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılacaq İctimai şuraya seçkilər keçirilmişdir. Keçirilən seçkidə vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 8 təmsilçinin hər biri iştirak edib. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə birgə yığıncağın keçirildiyi otaqda, hamının sərbəst müşahidə edə biləcəyi yerdə seçki qutusu qoyulub. Səsvermə prossesi başa çatdıqdan sonra birgə yığıncaq iştirakçılarının müşahidəsi ilə seçki komissiyasının üzvləri tərəfindən seçki qutusu açılıb və seçki bülletenləri sayılıb.Sonda toplanan səs nəticəsində İctimai Şuraya üzv olacaq qalib namizədlərin adları müəyyənləşib və elan olunub. Seçilmiş üzvlərin adlarını təqdim edirik:
1. Abdullayeva Günel Arif qızı
2. Hüseynli Nazim İsa oğlu
3. Hüseyni Nizami Mövsüm oğlu
4. Əliyeva Arzu Əlibala qızı
5. Məmmədov Arif Hacıbala oğlu

Keçidlər