Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 2025-ci ilin yekunları və 2026-cı il üzrə fəaliyyət planına həsr olunmuş görüşü keçirilib.

09 dekabr 2025 | 17:37

09 dekabr 2025-ci il tarixində, Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyəti ilə bağlı 2025-ci ilin yekunları və 2026-cı il üçün fəaliyyət planın müzakirəsinə həsr olunmuş görüş keçirilmişdir.

Görüşdə Şuranın ötən il ərzində həyata keçirdiyi fəaliyyət istiqamətləri, görülmüş işlər və əldə olunmuş nəticələr təhlil edilmişdir. Həmçinin mövcud problemlər və onların həlli yolları nəzərdən keçirilmiş, növbəti il üçün prioritet istiqamətlər səsləndirilmişdir.

Tədbirdə 2026-cı ildə ictimai nəzarətin daha da gücləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, sosial layihələrin icrasının təşkili və rayonun ictimai həyatında fəallığın artırılması ilə bağlı msələlər müzakirə edilmişdir.

Görüşün sonunda iştirakçılar qarşıdakı dövr üçün koordinasiyalı işin təmin olunmasının vacibliyini vurğulamışlar.

Keçidlər