Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yol hərəkəti təhlükəsizliyi komissiyasının növbəti iclası keçirilib.

24 fevral 2026 | 17:44

İclasda rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, piyada keçidlərinin vəziyyəti, yol nişanlarının və nişanlanma xətlərinin yenilənməsi məsələləri müzakirə olunub. Həmçinin təhsil müəssisələrinin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görüləcək işlər diqqət mərkəzində olub.

Komissiya üzvləri tərəfindən mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər planının hazırlanması qərara alınıb.

İclasın sonunda yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb və maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilib.

Keçidlər