Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edildi
Oğuz Rayon İcra Hakimiyyəti başçısnın 19 may 2025-ci il tarixli Sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş Osmanova Aliyə Arif qızı ictimaiyyətə təqdim edilmişdir. Təqdimatda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının və rayon Ağsaqqalar Şurasının sədri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, Aliyə Osmanova Oğuz şəhərində anadan olmuş, 2001- 2017 illərdə Oğuz şəhər H. Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim, 2017-2019 illərdə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor , 2019 -ci ildən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.