Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

28 noyabr 2025 | 09:21

27 noyabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

 İclasın gündəliyində duran 3 məsələ müzakirə edilmişdir.

  1. Oğuz şəhər İƏD üzrə Nümayəndəliyinin fəaliyyəti və şəhər təsərrüfatının idarə olunması istiqamətində görülmüş işlər barədə.
  2. Rayonda qanunsuz tikinti işlərinin aparılmasına, abadlıq qaydalarına riayət edilməməsinə və qanunsuz küçə ticarətinə qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti haqqında.
  3. Xidmət təşkilatlarının (Oğuz Elektrik Şəbəkəsi, Oğuz su meliorasiya sistemlərinin istismarı idarəsi, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Oğuz xidmət sahəsi) əhaliyə göstərdiyi xidmət, xidmət haqlarının yığılması vəziyyəti

İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Keçidlər