Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının növbədənkənar iclası keçirildi.
İclasda çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov bildirdi ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə cari ilin aprel ayının 15-dən 17-dək ölkə ərazisində, o cümlədən rayonumuzda güclü leysan yağışlarının müşahidə olunacağı, dağ çaylarında isə suyun səviyyəsinin kəskin artaraq sel təhlükəsi yarada biləcəyi ehtimal olunur. Bu, həm əhalinin həyat və sağlamlığı, həm də infrastruktur və təsərrüfat obyektləri üçün ciddi təhlükə yarada bilər. Gözlənilən hava şəraitini yarada biləcəyi mümkün fəsadların minimuma endirilməsi bizim əsas vəzifəmizdir.
Sonra Oğuz Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Mehman Mikayılov rayon ərazisində mövcud sel təhlükəli ərazislərdə hal-hazıradək görülən işlər, gözlənilən hava şəraiti ilə əlaqədar həyata keçirilməli əlavə təxirəsalınmaz tədbirlər, texnika və qüvvələrn ərazilər üzrə bölgüsü və qüvvələrin koordinasiyasının qurulması haqqında məlumat verdi.
Sonda bütün xidmət təşkilatlarına yaxın günlərdə gücləndirilmiş iş rejimində çalışmaq, baş verə biləcək hər bir hadisəyə operativ yanaşmaqla yarana fəsadların qısas müddətdə aradan qaldırılmasını təmin etmək tapşırıldı.
Qüvvələr koordinasiyası və vətəndaşların müraciətlərini qəbul etmək üçün qaynar xətt yaradıldı.
Qaynar xətt: 024-215-24-25