Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Zərrab kəndində vətəndaşların səyyar qəbulu keçirilib
09 aprel 2025 | 15:10
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Zərrab kəndinə gələn yolun əsaslı təmir olunması, kənd daxili bəzi küçələrin işıqlandırılması haqqında müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.