Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Yemişanlı kəndində vətəndaşların səyyar qəbulu keçirilib
25 aprel 2025 | 15:26
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Yemişanlı kəndinə gələn yolun əsaslı təmir olunması, kəndə ayrıca elektrik açarının quraşdırılması, yol kənarı ağacların budanması haqqında müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.