Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Xalxal kəndində vətəndaşların səyyar qəbulu keçirilib

23 yanvar 2025 | 13:10

   Görüşdə iştirak edən sakinlər Xalxal kəndinə təbii qaz xəttinin çəkilməsi və kəndə gələn asfalt yolun genişləndirilməsi məsələləri ilə bağlı müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
    Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və hüquq mühafizə orqanlarının rəhbələri şəhid Vüsal İsmayılovun atası ilə çay süfrəsi arxasında görüş keçirmişlər. Şəhid atası Nəbi İsmayılov dövlətin şəhid ailələrinə yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir

Keçidlər