Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Top kəndində vətəndaşların səyyar qəbulu keçirilib
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş,Top kəndini Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu ilə birləşdirən yolun əsaslı təmiri, vətəndaşın evinə təbii qaz xəttinin çəkilişi, uşaq bağçasının tikintisi yerləri haqqında müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.