Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Tayıflı kəndində vətəndaşların səyyar qəbulu keçirilib
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Tayıflı kəndininin mərkəzindən keçən yolda avtobus dayanacağının quraşdırlması, yolun orta məktəbin qarşısından keçən hissəsində sürətazaldıcı trampilinin qoyulması, kəndin içməli su təchizatının yaxşılaşdırılması haqqında müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.