Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Şirvanlı kəndində vətəndaşların səyyar qəbulu keçirilib

21 fevral 2025 | 16:00

     Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Şirvanlı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması, kənd Körpələr evi Uşaq Bağçasının dam örtüyünün və tam orta məktəbin əsaslı təmiri, orta məktəbin qarşısından keçən yola piyada keçidinin və sürət məhdudiyyəti üçün tramplin qoyulması ilə bağlı müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər