Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Qarabulaq kəndində vətəndaşların səyyar qəbulu keçirilib
14 may 2025 | 14:58
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Qarabulaq kəndində tibb məntəqəsinin və poç şöbəsinin açılması, ətraf dərələrdən yağıntılar zamanı kəndə düşən sel suların istiqamətləndirilməsi haqqında müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.