Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Ərmənət kəndində vətəndaşların səyyar qəbulu keçirilib
05 mart 2025 | 12:55
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Ərmənət kəndinə təbii qaz xəttinin çəkilişi, əhalinin içməli su təminatının yaxşılaşdırılması, kəndə gələn yolun asfaltlaşdırılması ilə bağlı müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.