Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Dəymədağlı kəndində vətəndaşların səyyar qəbulu keçirilib
25 dekabr 2024 | 13:03
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Dəymədağlı kəndinin içməli su təchizatının yaxşılaşdırılması, kəndə gələn yolun əsaslı təmiri, məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.