Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bucaq kəndində vətəndaşların səyyar qəbulu keçirilib
19 fevral 2025 | 16:21
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Bucaq kənd Uşaq Bağçasının əsaslı təmiri və sahibsiz itlərə qarşı lazımi tədbirlərin görülməsi ilə bağlı müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.