Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Baş Daşağıl kəndində vətəndaşların səyyar qəbulu keçirilib
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Baş Daşağıl kəndinə təbii qaz xəttinin çəkilişi, "Daşağıl" çayıında sahilbərkitmə işlərinin görülməsi, elektrik dirəklərinin yenilənməsi və odun yanacağı ilə təminat haqqında müraciətlər səsləndirmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.