Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

17 iyun 2025 | 18:40

    17 iyun 2025-ci il tarixdə Oğuz Rayon Ağsaqqallar Şurasının 2024-cü il ərzində gördüyü işlərin yekununa dair hesabat konfransı keçirilib.
   Konfransda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov , ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
    Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov tədbiri giriş nitqi ilə açaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Oğuz rayonunun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıb.
    Daha sonra Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
   Rayon Ağsaqqallar Şurasının üzvləri rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açıblar və bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
    Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini professor Vahid Novruzov Şuranın sədri Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, xüsusilə son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.

Keçidlər