Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz MİKTİ əməkdaşları ilə birgə bayram tədbiri keçirilib

26 dekabr 2025 | 16:37

26 dekabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Oğuz MİKTİ əməkdaşları üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Oğuz rayon təşkilatının sədri, İctimai Şura, Oğuz Mənzil İstismarı və Kommunal Təsərrüfat İdarəsinin və digər idarə və müəssisələrdə çalışan tekniki işçilər, eləcə də aztəminatlı ailələr iştirak etmişdir.

Tədbiri açan rayon icra hakimiyyətinin başçısı iştirakçıları bayram münasibətilə təbrik etmiş, ölkəmizə sülh və əmin-amanlıq, xalqımıza can sağlığı və ruzi-bərəkət arzulamışdır. Digər çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən bəhs etmiş, bayram münasibətilə təbriklərini çatdırmışlar.

Bayram tədbiri çərçivəsində Oğuz Mənzil İstismarı və Kommunal Təsərrüfat İdarəsinin bir qrup əməkdaşı təşəkkürnamələrlə təltif edilmişdir. Rəsmi hissədən sonra proqram musiqi ifaları ilə davam etmişdir.

Keçidlər