Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Ailə folklor xalq kollektivinin rəhbəri Əşrəf Salahov təltif edildi

17 aprel 2026 | 17:39

17 aprel 2026-cı il tarixində Oğuz rayonunda mədəniyyət və incəsənətin inkişafı, xalq yaradıcılığının təbliği və folklor ənənələrinin qorunması istiqamətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Oğuz Ailə folklor xalq kollektivinin rəhbəri Əşrəf Salahovun əməyi yüksək qiymətləndirilib.

Tədbird Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəisi Tural Kərimov iştirak edib. RİH başçısı tərəfindən Əşrəf Salahov Fəxri Fərmanla təltif olunub. Eyni zamanda, qarşıdan gələn doğum günü münasibətilə ona qiymətli hədiyyə təqdim edilib.

Əşrəf Salahovun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyət milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ona gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.

Keçidlər