Növbəti vətəndaş qəbulu keçirilib
25 dekabr 2025 | 12:15
25 dekabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.
Qəbuldan öncə 25 dekabr 2024-cü il tarixdə, Bakı–Qroznı istiqamətində uçuş həyata keçirən təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən məşğulluq, sahibkarlıq, sosial təminat və səhiyyə sahələrini əhatə etmişdir. İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin həlli məqsədilə yerində müvafiq tapşırıqlar verilmiş, digər müraciətlərlə bağlı isə qanunvericiliyin tələbləri izah olunaraq aidiyyəti qurumlara yönləndirilmişdir.







