Növbəti Şura iclası keçirilmişdir
03 fevral 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir
İclasın gündəliyində duran 3 məsələ müzakirə edilmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində Oğuz rayonunda əlaqədar təşkilatların gördüyü işlər, həyata keçirdikləri tədbirlər haqqında.
2025-ci il üzrə təsdiq olunmuş büdcənin Oğuz rayonu üzrə icra vəziyyəti.
Rayonda ictimai asayışın qorunması, kriminogen vəziyyət və vətəndaşların
hüquq və azadlıqlarının qorunmasının təmin olunması sahəsində
2025-ci il ərzində görülmüş işlərin vəziyyəti haqqında.
İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.







