Növbəti Şura iclası keçirilib
02 mart 2026 | 16:29
02 Mart 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın
növbəti iclası keçirilmişdir
İclasın gündəliyində duran 5 məsələ müzakirə edilmişdir.
- Oğuz Rayon İcra Hakimiyyətinə 2025-ci ildə vətəndaşlardan daxil olan müraciətlərin- ərizə, təklif və şikayətlərin təhlili barədə
- Oğuz rayon İcra Hakimiyyəti Başçısının şəhər və kənd İƏD üzrə Nümayəndəliklərində ev təsərrüfatlarının uçotunun və digər uçot sənədlərində qeydlərin aparılması, təsərrüfatların siyahıya alınma vəziyyəti barədə.
- 2025-ci ildə Oğuz rayonunda aparılan tikinti-quraşdırma, təmir və abadlaşdırma işləri haqqında.
- Oğuz rayonunda aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar daxili yollarda 2025-ci ildə görülmüş işlər, şəhərdaxili yolların asfaltlaşdırılması, kənddaxili, eləcə də rayon ərazisində respublika əhəmiyyətli yolların mövcud vəziyyəti, təmiri və nəzərdə tutulmuş digər işlərin icrasının həyata keçirilməsi haqqında.
- Rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar görülən işlər və bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında
İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.







