Növbəti Şura iclası keçirildi
30 aprel 2026 | 15:32
Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.
İclasın gündəliyində duran 2 məsələ müzakirə edilmişdir.
- Şəhid və qazi ailələrinin, müharibə iştirakçılarının sosial problemlərinin öyrənilməsi və onların aradan qaldırılması sahəsində əlaqədar təşkilatların həyata keçirdikləri tədbirlər haqqında
- Əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində verilən dövlət proqramlarının yerinə yetirilməsi ilə əlaqədar rayon Mərkəzi Xəstəxanası PHŞ və kənd həkim, tibb məntəqələrinin həyata keçirdikləri tədbirlər və gördüyü işlər haqqında
İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun
idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul
olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan
fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə
tapşırıq və tövsiyələrini verib.







