Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Növbəti səyyar vətəndaş qəbulu Qumlaq kəndində keçirilib

14 oktyabr 2026 | 13:09

14 oktyabr 2026-cı il tarixində ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Qumlaq kəndində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə kənd sakinlərinin növbəti səyyar qəbulu keçirilib.

Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən layihələr əhalinin rifahının yüksəldilməsinə, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr diqqətə çatdırılıb.

Həmçinin “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzi”nin sakinlərin istifadəsində olduğunu bildirilib.

Qəbul zamanı məktəbəqədər təhsil müəssisəsinin internetlə təmin olunması, uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müəssisənin həyətində oyun-əyləncə qurğularının quraşdırılması, məişət tullantılarının yerləşdirilməsi üçün poliqonun yaradılması və digər məsələlərlə bağlı müraciət və təkliflərini səsləndirilib.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qeydiyyata alınıb və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Sonda kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər