Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Növbəti səyyar vətəndaş qəbulu Padar kəndində keçirilib

04 noyabr 2026 | 15:28

04 noyabr 2026-cı il tarixində ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Padar kəndində sakinlərin növbəti səyyar vətəndaş qəbulu keçirilib.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Padar kəndində şəhid Əliyev Arzu Yaqub oğlunun, Həsənov Həsən Əsabəli oğlunun və Şirəlizadə Süleyman İlham oğlunun məzarlarını ziyarət edərək əziz xatirələrini ehtiramla yad edib.

Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirib ki, dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən layihələr əhalinin rifahının yüksəldilməsinə, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Həmçinin görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr barədə məlumat verilib.

Bununla yanaşı, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”, mygov platformasının imkanları, eləcə də “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzi”nin fəaliyyəti və sakinlər üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.

Səyyar qəbul zamanı kənd sakinləri içməli su təminatı, kənddaxili yolların təmiri, köhnə elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi və digər sosial məsələlərlə bağlı müraciət və təkliflərini səsləndiriblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qeydiyyata alınıb və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb.

Sonda kənd sakinləri əhalinin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər