Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Nazir Sahil Babayev Oğuzda vətəndaşları qəbul edib

29 noyabr 2024 | 21:37

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Oğuz rayonunda Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil və avtomobil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Sonra Oğuzda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub.
Ötən dövrdə Oğuz rayonunda 1000-dən çox şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov özünüməşğulluq proqramı çərçivəsində Oğuz rayon sakinləri - müharibə veteranı İbrahimov Namiq Sahib oğlu və Həbibullayeva Cəmilə Qabil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Proqramın iştirakçıları olan N.İbrahimov foto atelye, C.Həbibullayeva isə dərzi sexi üzrə aktivlərlə təmin olunaraq kiçik bizneslərini qurublar.
Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən dövrdə Oğuz rayonunda 1018 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Keçidlər