Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Narkomaniya və zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici görüş keçirilib

13 noyabr 2026 | 15:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala Regional filialının təşkilatçılığı ilə “Təhsildə sosial iş” xidməti üzrə Uşaq Hüquqları Aylığı çərçivəsində “Narkomaniya və zərərli vərdişlərlə mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul əməkdaşları da iştirak ediblər.

Görüş zamanı narkomaniyanın və digər zərərli vərdişlərin insan sağlamlığına, xüsusilə də yeniyetmə və gənclərin fiziki və psixoloji inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Uşaqlar arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən qorunma yolları, hüquq və vəzifələri, eləcə də bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti diqqətə çatdırılıb.

İştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu cür maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd uşaqların sağlam mühitdə böyüməsinə dəstək olmaq, onların hüquqlarının qorunması və zərərli vərdişlərdən uzaq tutulması istiqamətində məlumatlılığını artırmaqdır.

Keçidlər