Mollalı kəndində səyyar vətəndaş qəbulu keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
Görüşdə iştirak edən sakinlər, Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 iyun tarixli Sərəncamına əsasən Mollalı kəndinə yeni asfalt yolun çəkilişinə başlanılması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Sakinlərin kənd daxili yollara qum-çınqıl qatının vurlması və digər məsələlər haqqında müraciətləri dinlənilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov müraciətlə bağlı öz fikirlərini bildirib. Müraciətlərin qısa bir zamanda həll olunacağı qeyd olunub.







