Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində maarifləndirici təlimlər keçirilib

15 iyul 2026 | 16:47

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Oğuz rayonunda baş tutub.

Layihənin əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, onların hüquqları, təhlükəsizliyi və maraqlarına toxunan mövzular üzrə maarifləndirilməsidir.

Səfər çərçivəsində Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Xaçmaz, Padar, Xalxal, Bayan və Muxas kəndlərində ümumilikdə 128 uşağın iştirakı ilə maarifləndirici təlimlər keçirilib. Təlimlərdə iştirakçılara “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında məlumat verilib, onların sualları cavablandırılıb və mövzular ətrafında interaktiv müzakirələr aparılıb.

Layihə çərçivəsində keçirilən bu cür tədbirlər uşaqların hüquqi biliklərinin artırılmasına, rəqəmsal təhlükəsizlik sahəsində məlumatlılığının gücləndirilməsinə və asudə vaxtlarını daha səmərəli təşkil etmələrinə dəstək göstərməyi hədəfləyir.

Keçidlər